
“Bilirdik, bizi ağır oyun gözləyir. Uşaqları da yaxşı hazırlamışdıq. Qarşıdakı oyunlara hazırlaşacağıq.”
Sportnet.az xəbər verir ki, bunu “Səbailiın baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XXX turunda evdə “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssisI I Liqaya mümkün düşüşdən sonra komandanın sükanı arxasında qalmaq istədiyini bildirib:
“Rəhbərliyə təşəkkür edirəm ki, bu yaşda mənə etimad göstəriblər. Sonda nə xeyirlidirsə o olsun. İndidən ambisiyalı danışmağın yeri yoxdur. Gənc məşqçi kimi niyə də işləməyim? Təcrübə üçün lazım ola bilər. Yenə də hər şey mövsümün sonunda aydın olacaq. Birinci dəfə “Səbail”in başına keçəndə bəlkə daha da pis olacaqdı. Böyük danışmaq istəmirəm. Belə xeyirli imiş”.
O, Cavid Hüseynovun istefaya göndərilən zaman rəhbərliyin komandanın yanında olmamasını barədə danışıb: “Cavidin öz fikirləri var. O onun yanaşmasıdır. Birinci periodda da 4 gün yanında idi, indi də. Rəhbərliyin dəstəyini hiss edirəm ki, hazırda komandadayam”.