
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı bugünkü iclasında “Zirə” klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilov barəsində verilən qərardan şikayətə baxıb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Tribunal apellyasiya şikayətini qismən təmin edib.
Cəlilov AFFA U-17 Liqasında "Qarabağ"a qarşı oyunun 79-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. İntizam Komitəsi onu 3 oyunluq cəzalandırıb. Apellyasiya Arbitraj Tribunalı qərarı dəyişdirərək 3 oyunluq cəzanın 2 oyununun şərti tətbiq edilməsini məqsədəuyğun sayıb.
Apellyasiya şikayətinin qalan hissəsi təmin edilməyib.