
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, turnirin əsas favoriti sayılan İngiltərənin “Çelsi” komandası finala vəsiqəni böyük ölçüdə həll edib. London klubu İsveçdə “Yurqorden”i böyük hesabla udub.
Digər qarşılaşmada “Real Betis” İspaniyada İtaliya “Fiorentina”sını qəbul edib. Meydan sahibləri çətin qələbə qazanıblar.
UEFA Konfrans Liqası
1/2 final, ilk oyunlar
1 may
23:00. “Real Betis” (İspaniya) - “Fiorentina” (İtaliya) - 2:1
Qol: Abdessamad Ezzalzuli, 6. Antoni, 64 - Luka Ranyeri, 73
23:00. “Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:4
Qollar: Alemayehu Muluqeta, 68 - Ceydon Sanço, 13. Noni Madueke, 43. Nikolas Sanço, 59; 65
Qeyd edək ki, tərəflər arasında cavab oyunları mayın 8-də keçiriləcək.