
İtaliya Futbol Federasiyası “İnter”in baş məşqçisi Simone İnzagini və futbolçu Hakan Çalhanoğlunu cəzalandırıb.
Sportnet.az xəbər verir ki, klubun azarkeş qrupu ilə idman qaydalarına zidd münasibətlər qurduqlarına görə hər iki “İnter”li bir oyunluq diskvalifikasiya edilib.
2024-cü ilin sentyabrında “İnter” və “Milan”ın azarkeş qruplarının qeyri-qanuni mafiya qrupları ilə əlaqədə olmaları barədə araşdırma başlayıb.
Qaydalara əsasən, futbol mütəxəssisləri mövsüm başlayandan sonra azarkeş qruplarının nümayəndələri ilə görüşməməlidir.
Çalhanoğlu “İnter”in “Curva Nord” azarkeş qrupunun nümayəndələri ilə görüşdüyü üçün cəzaya məruz qalıb.
Türkiyəli futbolçu məsələ ilə bağlı 2024-cü ilin oktyabrında verdiyi açıqlamada azarkeş qruplarının nümayəndələri ilə görüşdüyünü etiraf edib. Çalhanoğlu bunun səbəbinin Türkiyədə baş verən zəlzələdən sonra ona dəstək üçün açılan pankarta təşəkkür etmək olduğunu deyib.
“İnter”in mayın 3-də “San Siro”da “Verona”ya qarşı matçında Çalhanoğlu və İnzagi cəzalı durumda olacaq.
A Seriyasında çempionluq uğrunda “Napoli” ilə mübarizə aparan “İnter” 34 turdan sonra liderdən 3 xal geri qalır.