
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək.
Sportnet.az xəbər verir ki, günün yeganə oyunu Zirə İdman Kompleksində baş tutacaq.
“Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. 20:00-da başlayacaq görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək. “Turan Tovuz” son 2 oyunda qol vurmayıb. “Zirə”nin son 2 ev matçı heç-heçə nəticələnib.
Qeyd edək ki, turun qalan matçları mayın 3-4-də keçiriləcək.
Azərbaycan Premyer Liqası, XXXIII tur
2 may
20:00. “Zirə” – “Turan Tovuz” - 1:0 (İKİNCİ HİSSƏ)
Qol: Salifu Suma, 48
Qırmızı vərəqə: Qismət Alıyev, 59 ("Zirə")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Akif Əmirəli, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu.