
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Sportnet.az xəbər verir ki, bu ada İtaliyanın “İnter” klubunun futbolçusu Denzel Dumfris layiq görülüb.
O, bu mükafat uğrunda mübarizədə Fransa PSJ-sinin oyunçusu Vitinyanı qabaqlayıb.
Denzel Dumfris yarımfinalın İspaniya “Barselona”sı ilə ilk oyununda (3:3) iki qol və bir məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, “İnter”lə “Barselona” arasında cavab oyunu mayın 6-da Milanda keçiriləcək.