
Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” "Sabah”ı qəbul edib.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Muxtar Respublika təmsilçisinin qolunu 20-ci dəqiqədə Ülvi İsgəndərov vurub. “Bayquşlar”da isə 43-cü dəqiqədə Vensan Til fərqlənib.
Qeyd edək ki, turun digər oyunlarında “Zirə” evdə “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Şamaxı” isə “Səbail”lə heç-heçə edib.
-------------------
Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda eyniadlı komanda "Səbail" ilə üz-üzə gəlib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"Şamaxı"nın qolunu 33-cü dəqiqədə Alfons Msanqa olub. "Səbail"in cavab topuna isə 67-ci dəqiqədə penaltidən Rüfət Abdullazadə imza atıb.
90-cı dəqiqədə meydan sahiblərinin istedadlı futbolçusu Edqar Ədilxanov zədələnərək, meydanı tərk edib. Onu Səbayıl Bağırov əvəzləyib.
Bununla da xalını 36-ya çatdıran "Şamaxı" ən azı bir günlük 6-cı pilləyə yüksəlib. 22 xala malik "Səbail" isə sonuncu pillədədir.
Qeyd edək ki, turun açılış oyununda "Zirə" "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gələrək, çempionatda ikinci yeri təmin edib. Saat 19:30-da "Araz-Naxçıvan" - "Sabah" görüşü keçiriləcək. Son iki oyun isə mayın 4-də olacaq.
-----------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXXIII turunun daha iki qarşılaşması baş tutacaq.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı" doğma meydanda "Səbail"lə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda təşkik olunacaq matçı Elçin Məsiyev idarə edəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 35 xalla 7-ci, Elvin Məmmədovun isə 21 xalla sonuncudur.
Günün digər oyununda “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Liv Bona Dea Arena”da baş tutacaq görüşdə ədaləti FIFA referisi Kamal Umudlu qoruyacaq.
“Bayquşlar” 40 xalla 5-ci, Muxtar Respublika təmsilçisi isə 54 xalla 3-cüdür.
Azərbaycan Premyer Liqası
XXXIII tur
3 may
17:00. "Şamaxı" – "Səbail" - 1:1
Qollar: Alfons Msanqa, 33 - Rüfət Abdullazadə, 67 (pen.)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu
19:30. "Araz-Naxçıvan" – "Sabah" - 1:1
Qollar: Ülvi İsgəndərov, 20 - Vinsent Till, 43
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Liv Bona Dea Arena"