
Ukrayna Premyer Liqasının 27-ci turunda “Dinamo”nun “İnqulets” üzərində qələbəsindən (4:0) sonra “Şaxtyor” çempionluq üçün riyazi şanslarını itirib.
Sportnet.az xəbər verir ki, kiyevlilərin 67 xalı var və mövsümün bitməsinə üç tur qalmış liqaya başçılıq edir. “Şaxtyor” 57 xalla üçüncü yerdədir.
Beləliklə, Donetsk klubu 1999/2000 mövsümündən sonra ilk dəfə UEFA Çempionlar Liqasında (ÇL) oynamayacaq. ÇL-də (2-ci təsnifat mərhələsindən) yalnız Ukrayna çempionatının qalibi iştirak edəcək.
Ukrayna çempionatında 2-ci pillədə 60 xalla rəqiblərindən 1 oyun az keçirən "Aleksandriya" klubu mövqe tutub.