
2025/2026 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş "Difai" ilə II Liqada 4-cü olmuş "Hypers Guba" arasındakı pley-off matçının vaxtı və yeri açıqlanıb.
Sportnet.az xəbər verir ki, mayın 28-də "ASCO Arena"da təşkil olunacaq matç saat 16:00-da start götürəcək.
Bununla əlaqədar mayın 26-da saat 11:00-da AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqası ilə klublar arasında görüş keçiriləcək, oyunun təşkili ilə bağlı digər detallar müzakirə olunacaq.
Qeyd edək ki, görüş “CBC Sport” telekanalı və "youtube" üzərindən "birincikinciliqa" kanalı vasitəsilə canlı yayımlanacaq.