
İtaliya A Seriyasında 2024/25 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.
Sportnet.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Napoli"nin baş məşqçisi Antonio Konte layiq görülüb.
56 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv mayın 23-də İtaliya A Seriyasının sonuncu - 38-ci turunda “Kalyari”ni 2:0 hesabı ilə məğlub edərək çempion olub.
Qeyd edək ki, Antonio Konte cari mövsümün əvvəlindən “Napoli”dədir.