
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında II turun ilk 2 görüşü başa çatıb.
Sportnet.az-ın məlumatına görə, günə H qrupunun Qana - İsrail matçı ilə start verilib.
Görüş İsrailin qələbəsi ilə yekunlaşıb - 4:0. Bununla da ardıcıl ikinci məğlubiyyətlə üzləşən Qana qrupdan çıxma şanslarını çətinləşdirib. İsrail isə ilk qələbəsini qazanıb.
Digər oyun F qrupunda dünya çempionu ABŞ ilə Polşa arasında baş tutub. Qarşılaşma qolsuz yekunlaşıb - 0:0. Beləliklə, ABŞ ilk xalını əldə edib. Polşa isə xalını 4-ə yüksəldərək, vahid liderə çevrilib.
Saat 15:15-də qrupun Bosniya və Herseqovina ilə Qazaxıstan arasındakı digər matçı start götürüb.
Qeyd edək ki, hazırda gün ərzində daha 5 oyun keçiriləcək.