
Əvəzedicilər Liqasının çempionu olan "Sabah-2" komandası mükafatlandırılıb.
Sportnet.az xəbər verir ki, XXXVI turun dünən keçirilən "Neftçi-2" ilə qarşılaşmada birinciliyi rəsmiləşdirən Masazır təmsilçisinə mükafatlar “Sabah”- “Neftçi” oyunundan öncə təqdim edilib.
Qaliblərə medalları AFFA İcraiyyə Komitəsinin üzvü, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov, Peşəkar Futbol Liqasının(PFL) texniki-idman direktoru Elgiz Abbasov və Azərbaycan milli komandasının idman direktoru İlqar Qurbanov təqdim edib.
Qeyd edək ki, "Sabah-2" 69 xalla birinci pilləni tutub.