
Almaniyanın "Bayer" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssislə 2027-ci ilədək müqavilə bağlanılıb.
55 yaşlı mütəxəssisin son iş yeri 2022-ci ilin yayından 2024-cü ilin oktyabrınadək çalışdığı İngiltərə "Mançester Yunayted"i olub. Onun rəhbərliyi altında "qırmızı şeytanlar" İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, daha əvvəl "Bayer"in baş məşqçisi Xabi Alonso olub. İspaniyalı mütəxəssis Leverkuzen komandasını 2023/2024 mövsümündə Almaniya çempionu olub. Mayın 25-də o, İspaniya "Real Madrid"inə baş məşqçi təyin edilib.