
“Şamaxı" klubu futbolçusu Brahim Konate ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə “şirlər”in mətbuat xidməti məlumat yayıb.
28 yaşlı fransalı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Brahim Konate 2024-cü ilin yayından “Şamaxı”da çıxış edirdi.