
AFFA İntizam Komitəsi I Liqanın XXXVII turunda keçirilən "Mingəçevir" - "Karvan" oyununda baş verənlərlə bağlı qərar verib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Mingəçevir təmsilçisi ümumilikdə 410 manat məbləğində cərimə ödəməli olacaq.
"Mingəçevir" klubu qarşılaşmada 7 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat, azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 80 manat, azarkeşlərinin pirotexniki vasitədən istifadə etdiyi üçün 150 manat, matçdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün 80 manat, görüşün ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə isə 100 manat cərimələnib.
"Karvan" isə 6 futbolçusu sarı vərəqə aldığına görə 70 manat, futbolçusu Müşfiq Teymurov isə ikinci sarıdan qırmızı aldığına görə 50 manat ziyana düşüb.
Teymurova 1 oyun cəza da verilib.