
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümü üçün “transfer pəncərələri”nin vaxtı bəlli olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yay transfer dövrü iyunun 19-dan sentyabrın 10-u saat 23:59-dək davam edəcək.
Qış transfer dövrü isə 2026-cı il yanvarın 14-dən 10 fevral 2026-cı il saat 23:59-dək sürəcək.
31 mart 2026-cı il azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.