
"Sabah" klubunun baş məşqçisi olacağı deyilən Ruslan Rotan Ukraynanın "Polesye" komandasının sükanı arxasına keçib.
Sportnet.az xəbər verir ki, 43 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.
Rotan Ukraynanın perspektivli baş məşqçilərindən sayılır. Ötənlərin tanınmış futbolçusu Ukraynanın U-21 yığmasını 2023-cü il Avropa çempionatının yarımfinalına və Paris-2024 Yay Olimpiya Oyunlarına çıxarıb.
Qeyd edək ki, ötən gün Ukrayna mətbuatı Ruslan Rotanın Bakıda olaraq, "Sabah" rəhbərliyi ilə görüşdüyünü və Vasili Berezutskini əvəzləyəcəyini yazıb.