
Özbəkistan milli komandası tarixində ilk dəfə futbol üzrə 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Asiya zonası üzrə seçmə mərhələnin IX turunda BƏƏ ilə heç-heçə ABŞ, Meksika və Kanadada keçiriləcək mundiala yollanmağa kifayət edib.
Qolsuz heç-heçə sayəsində Özbəkistan millisi 1-ci qrupda sona bir tur qalmış BƏƏ ilə 4 xallıq fərqi qorumağı bacarıb.
Beləliklə, bu ölkə birbaşa vəsiqəni əldə edib.