
İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin əfsanəvi futbolçusu Dani Alves Rusiya Medialiqasında iştirak edən klublardan biri ilə anlaşıb.
Sportnet.az “Mash na Sporte” nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı futbolçu ilə ödəniş məsələsi hələ tam razılaşdırılmayıb.
Alves müqavilə məbləğini bir dəfəyə almaq istəyir. Klub isə bu məbləği iki bərabər hissəyə bölərək ödəməyi təklif edir.
Bundan əlavə, braziliyalı veteran futbolçu rusiyalılardan şəxsi sürücülü avtomobil və bahalı otel nömrəsi də tələb edib.
Qeyd edək ki, Dani Alves futbolçu karyerasını 2023-cü ildə başa vurub. 2024–2025-ci illərdə o, cinsi zorakılıq ittihamı ilə 13 ay həbsdə olub.