"Xəzər Lənkəran" daha bir futbolçusu ilə yolları ayırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
Lənkəran təmsilçisi Elnur
İsmayılovla başa çatan müqavilənin müddətini uzatmayıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl Alfred Sanko, Ruslan Cəfərov və Ağabala Ramazanovla yolları ayırmışdı.