
Avstriya toplanışında olan "Sabah" komandası yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi atlında ilk məşqinə çıxıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, hazırlıq prosesi pozitiv əhval-ruhiyyədə başlayıb.
Litvalı mütəxəssis məşqdə oyunçulara futbol topu ilə reqbi də oynadıb.
Qeyd edək ki, Sabah" Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Tsele" komandası ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab görüşü iyulun 17-də səfərdə olacaq.