
Yeni mövsümə hazırlaşan "Qarabağ" və "Zirə" komandaları arasında yoxlama oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Azersun Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Hesabı 10-cu dəqiqədə Kadi Borges açıb. 50-ci dəqiqədə Emmanuel Addai, 57-ci dəqiqədə Aleksey Kaşuk, 64-cü dəqiqədə Musa Qurbanlı fərqlənib.
Xatırladaq ki, 2025/2026 mövsümündə "Qarabağ" Azərbaycanı UEFA Çempionlar Liqasında, "Zirə" Konfrans Liqasında təmsil edəcək. Hər iki komanda mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.