
2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportnet.az "gənclik şəhəri" təmsiçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Serbiya “Radniçki”sində çıxış etmiş Aleksa Yankoviçlə 2+1 illik müqavilə imzalayıb.
25 yaşlı cinah oyunçusu “11” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Partizan”ın yetirməsi olan Aleksa Yankoviç Serbiyanın “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb. Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.