
"Qarabağ" klubunun UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasındakı (AL) potensial rəqiblərinin sayı azalıb.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubunu keçəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq.
"Köhlən atlar" ÇL-də aşağıda göstərilən cütlərdən birinin qalibi ilə qarşılaşacaq:
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan)
"Hamrun" (Malta) - "Dinamo Kiyev" (Ukrayna)
"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya)
"Qarabağ" "Şelburn"a məğlub olacağı halda isə AL-də səpələnməmişlər səbətində olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv aşağıda göstərilən ÇL cütlərinin məğlub komandası ilə üz-üzə gələcək:
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan)
RFS (Latviya) - "Malmö" (İsveç)
"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya)
Qeyd edək ki, ÇL-in püşkü Bakı vaxtı ilə saat 14:00-da, AL-inki isə saat 15:00-da başlanacaq.