
“Azərbaycanda işləmisən, bəlkə də karyeranda heç vaxt görmədiyin dəyəri burada görmüsən”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya "Hayduk"una qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisində baş məşqçi işləmiş xorvatiyalı Nikola Yurçeviçin “qartallar”la bağlı açıqlamasına cavab verib: “Yurçeviç qabardıb ki, “Zirə” 15 legioner oynadır. Bəs Rəşad Sadıqov uzun illərdir orada işləyir və uğurlu komanda formalaşdırıb. Yaxşı legioner oyunçular sayəsində hər il mükafatçılar sırasında yer alırlar. Bir yerdə də qeyd edib ki, yaxşı məvacib alır, qonorarlar alırlar. Bu heç də yerində deyil. Elədirsə öz məvacibindən də danışsın ki, Azərbaycanda nə qədər qazanırdı. Yaxşı olardı ki, özü milli komandada işləyəndə nə qədər legioner oynatmısan. Açığı, bu açıqlama heç xoş olmadı. Deyim ki, bizim futbolçular haqq etdiyindən daha az qonarar alır. Ümid edirəm, bundan sonra açıqlamalarına diqqət edər”.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də evdə, cavab matçına isə iyulun 31-də səfərdə keçirəcək