
“Avrora Qrup” Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turnirinin keçirilməsinə göstərdiyi dəstəyə görə təltif olunub.
Turnirin baş sponsoru olan şirkətə təşkilatçılar Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin xatirə plaketi təqdim olunub.
Plaketi "Avrora Qrup"un İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Vasif Musayevə Yurd.Media-nın baş redaktoru Murad Əliyev və İdman Araşdırmalar Mərkəzinin rəhbəri Elşən Məmmədov təqdim ediblər.
Qeyd edək ki, "Teleqraf" İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Gənclər və İdman Nazirliyi və AFFA-nın təşkilatı dəstəyi ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi", ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya”, televiziya işçilərindən formalaşan “Kaspi”, idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" komandaları mübarizə aparıb. Qalibə kubok təqdim olunub, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Turnirin ən yaxşı qapıçısına və ən yaxşı oyunçusuna xüsusi mükafatlar təqdim olunub.