
"Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Sportnet.az xəbər verir ki, Sofiyadakı "Georgi Asparuxov" stadionunda təşkil olunan görüşdə meydan sahibi komanda qələbə qazanıb - 1:0.
Matçda yeganə qolu 90+9-cu dəqiqədə Borislav Rupanov vurub.
Qeyd edək ki, "Sabah" və "Levski" arasında cavab matçı avqustun 14-də Əlincə stadionunda keçiriləcək.
-------------------------------
"Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Sportnet.az xəbər verir ki, "Dalğa Arena"da təşkil olunan görüşdə Naxçıvan təmsilçisi böyük hesabla məğlub olub - 0:4.
Çexiyalı baş hakim Andrjey Berkanın idarə etdiyi oyunda Loizos Loizu (13, 22), Evandro (55) və Stefan Yovetiç (58) fərqləniblər.
Komandalar arasında cavab oyunu avqustun 14-də Nikosiyada keçiriləcək.
------------------------------
Bu gün Azərbaycanın iki klubu UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, "Araz-Naxçıvan" Kipr "Omoniya"sını qəbul edəcəksə, "Sabah" Bolqarıstanda "Levski"nin qonağı olacaq.
Avrokuboklarda mübarizəyə Konfrans Liqasının II təsnifat mərhələsindən başlayan "Araz-Naxçıvan" Yunanıstan "Aris"ini üstələyib - 2:1, 2:2. "Omoniya" isə daha əvvəl Gürcüstanın "Torpedo Kutaisi" komandasından üstün olub - 1:0, 4:0.
"Araz-Naxçıvan" "Omoniya" cütünün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
"Sabah" isə Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya "Tsele"sinə əlavə vaxtda uduzub - 2:3, 3:3. Bundan sonra mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirən Azərbaycan Kubokunun son qalibi Moldova "Petrokub"una hər iki oyunda qalib gəlib - 2:0, 4:1.
"Levski" də "Sabah" kimi qitəmiqyaslı yarışlara Avropa Liqasının I təsnifat mərhələsindən başlayıb. İsrailin "Hapoel Beer-Şeva" komandasını penaltilər seriyasında (0:0, 1:1, 3:1) keçən Sofiya komandası növbəti mərhələdə Portuqaliya "Braqa"sına əlavə vaxtda uduzub - 0:0, 0:1. Nəticədə Bolqarıstan klubu mübarizəni Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirməli olub.
"Sabah" "Levski"ni üstələsə, pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
7 avqust
20:00. "Araz-Naxçıvan" - "Omoniya" - 0:4
Qollar: Loizos Loizu, 13; 22. Evandro, 55. Stefan Yovetiç, 58
Hakimlər: Andrjey Berka, İvo Nadvornik, Yan Vanya, Ondrey Pexanets
VAR: Tomas Koçurek
AVAR: Miroslav Zelinka (hamısı Çexiya)
Bakı, "Dalğa Arena"
22:00. "Levski" - "Sabah" - 1:0
Qol: Borislav Rupanov, 90+9
Hakimlər: Duye Strukan, Alen Yakşiç, Maryan Tomas, Ante Terziç
VAR: Mario Zebets
AVAR: Ante Çulyak (hamısı Xorvatiya)
Sofiya, "Georgi Asparuxov" stadionu.
Qeyd edək ki, cavab görüşləri avqustun 14-də keçiriləcək.