
Azərbaycan yığma komandasının futbolçusu Renat Dadaşovun heyətində yer aldığı “Motor Lublin” Polşa çempionatında növbəti görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçunun klubu “Lexiya Qdanks”ın qonağı olub.
“Polsat Plyus” stadionunda təşkil olunan matç 3:3 hesablı heç-heçə ilə bitib.
Dadaşov meydana 80-ci dəqiqədə daxil olub.
“Motor Lublin” 3 oyundan sonra 4 xalla 13-cüdür.
Qeyd edək ki, Renat Dadaşov “Motor Lublin”ə cari mövsümün əvvəlində keçib. O, meydana çıxdığı 3 oyunda qol hesabını aça bilməyib.