
"Karvan-Yevlax" növbəti transferini həyata keçirib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisi qapıçı Pedronu heyətinə cəlb edib.
28 yaşlı portuqaliyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pedro son olaraq ölkəsinin “Feirense” klubunun formasını geyinib. O, San-Tome və Prinsipi millisinin üzvüdür.