
Monteneqro və Azərbaycanın 17 yaşadək futbolçuları arasında növbəti yoldaşlıq görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Monteneqro Futbol Federasiyasının məşq mərkəzində təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Yerli komanda hər iki qolu 11 metrlik cərimə zərbəsindən sonra vurub. Azərbaycan yığmasından isə 57-ci dəqiqədə Samir Şərifov fərdi ustalığı sayəsində fərqlənib.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə Azərbaycan millisi qalib gəlib - 1:0.