
Azərbaycan Premyer Liqasında II turun növbəti matçı keçirilib.
Sportnet.az xəbər verir ki, turun ikinci oyun günündə "Kəpəz" "Karvan-Yevlax"la üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş matçı baş hakim Əli Əliyev idarə edib.
Qarşılaşma "Karvan-Yevlax"ın qələbəsi ilə yekunlaşıb - 3:2. İlk yarıda cəmi 1 qol vurulub. 38-ci dəqiqədə nominal qonaqların futbolçusu Coy Sleyd Mikels penaltidən hesabı açıb. 52-ci dəqiqədə Tompson Qavi fərqi artırıb.
77-ci dəqiqədə Gəncə komandasının futbolçusu Məqsəd İsayev fərqi minimuma endirsə də, 89-cu dəqiqədə "Karvan-Yevlax" Kayl Spensin qolu ilə yenidən önə keçib. Oyunda son nöqtəni isə "Kəpəz"in legioneri Vitor Feijao 90+5-ci dəqiqədə penalti ilə qoyub.
Beləliklə, ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Kəpəz" sonuncu pillədə qərarlaşıb. Xalını 4-ə çatdıran "Karvan-Yevlax" isə 2-cidir.
Qeyd edək ki, ilk turda "Kəpəz" səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzub. "Karvan-Yevlax" isə ev oyunları üçün yararlandığı Şamaxı şəhər stadionunda "Qəbələ" ilə heç-heçə edib - 1:1.
Turun digər qarşılaşmaları 24-25 avqust tarixlərində oynanılacaq.
23 avqust (şənbə)
19:00. “Kəpəz” – “Karvan-Yevlax” - 2:3
Qollar: Məqsəd İsayev, 77. Vitor Feijao, 90+5 (pen.) - Coy Sleyd Mikels, 38 (pen.). Tompson Qavi, 52. Kayl Spens, 89
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu
24 avqust (bazar)
17:00. “Şamaxı” – “Sabah”
19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan”
25 avqust (bazar ertəsi)
19:00. “Qəbələ” – “Zirə”
22 avqust (cümə)
“Qarabağ” – “Sumqayıt” - 0:1
“İmişli” – “Neftçi” - 0:0
No | Klublar | O | Q | H | M | VQ | BQ | TF | X |
---|---|---|---|---|---|---|---|---|---|
1 |
Sumqayıt
|
2 | 2 | 0 | 0 | 4 | 0 | +4 | 6 |
2 |
Karvan-Yevlax
|
2 | 1 | 1 | 0 | 4 | 3 | +1 | 4 |
3 |
Turan Tovuz
|
1 | 1 | 0 | 0 | 1 | 0 | +1 | 3 |
Neftçi
|
2 | 0 | 2 | 0 | 1 | 1 | 0 | 2 | |
5 |
Araz-Naxçıvan
|
1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
6 |
Qəbələ
|
1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
7 |
Şamaxı
|
1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
8 |
Zirə
|
1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
9 |
İmişli
|
2 | 0 | 1 | 1 | 0 | 1 | -1 | 1 |
10 |
Sabah
|
0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
11 |
Qarabağ
|
1 | 0 | 0 | 1 | 0 | 1 | -1 | 0 |
12 |
Kəpəz
|
2 | 0 | 0 | 2 | 2 | 6 | -4 | 0 |