
"Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, qonaqların baş məşqçisi Azər Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda qalib gəlmək istəyirdi. Komandamız əzmkar mübarizə aparıb lazım olan 3 xalı qazandı. Buna görə də futbolçularıma təşəkkür edirəm. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram.
- "Karvan-Yevlax" Premyer Liqada ilk qələbəsini sizin rəhbərliyinin altında qazandı. Hissləriniz necədir?
- "Karvan-Yevlax" tarixi olan klubdur. Mən də sevinirəm ki, bu komandanın baş məşqçisiyəm. Gələcəkdə daha da yaxşı olmağa çalışacağıq.
- Əsas qapıçınız Pedro Mateuş oyundan öncə zədələnib. Onun durumu necədir?
- Bizim üçün 3 qapıçının hər biri əsasdır. Sadəcə, kim daha hazırdırsa, ona şans veririk. Pedronun mikrozədəsi var. Tibbi müayinədən sonra tam bilinəcək. Pedro zədələnəndən sonra Kamran İbrahimova dedim ki, sənə inanıram. Bu gün də ona şans verdik.