
Azərbaycan Premyer Liqasının II turunda keçirilən “Kəpəz” – “Karvan-Yevlax” oyununda Yevlax təmsilçisi cərimələnib.
Sportnet.az xəbər verir ki Klubun heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin formasında adın yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilib.
Premyer Liqaya yeni qoşulan komanda bu səbəbdən ilk turda xəbərdarlıqla kifayətlənmişdi. Lakin analoji hal yenidən təkrarlanıb.
Nəticədə “Karvan-Yevlax” klubu 1500 manat cərimə olunub.