“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib. Görüşdə İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürov iştirak ediblər.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iclasda komandanın Premyer Liqanın ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub.
Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib və baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf olaraq qoyulub.
Bundan əlavə, iclasda bir sıra qərarlar qəbul olunub.
Erkin İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb. İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov İradə Heyətinin üzvülüyündən çıxarılıb.
Digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcək.








































































