
Ukrayna milli komandası Fransa və Ukrayna yığmalarına qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarından öncə dördüncü futbolçu itkisi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "sarı-göylər"in baş məşqçisi Sergey Rebrov mətbuat konfransında açıqlama verib.
O bildirib ki, Yunanıstan "Olimpiakos"unda çıxış edən hücumçu Roman Yaremçuk klubunun oyunları zamanı zədələnib.
Yaremçukdan əvvəl Aleksandr Tımçik, Vitali Mikolenko və qapıçı Andrey Lunin də klublarında zədələnərək, sıradan çıxıb.
Rebrov onların əvəzinə "Dinamo Kiyev"dən Nazar Voloşin və Vladislav Dubinçak, "Polesye"nin müdafiəçisi Boqdan Mixayliçenko və Səudiyyə Ərəbistanının "Əl Şabab" komandasının qolkiperi Georgi Buşanı dəvət edib.
Xatırladaq ki, Ukrayna millisi sentyabrın 5-də Polşada Fransanı qəbul edəcək. Sergey Rebrovun baş məşqçi olduğu kollektiv sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq.