Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da DÇ-2026-nın seçmə oyununda Ukraynanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.









































































