
Argentina millisinin futbolçusu Lionel Messi karyerasında ilk dəfə dünya çempionatının seçmə mərhələsinin bombardiri olub.
Sportnet.az xəbər verir ki, 38 yaşlı hücumçu Cənubi Amerika zonasında keçirilən seçmə oyunlarda 8 qol vurub.
Bu, 1996-cı ildən bəri turnir indiki formatda təşkil olunandan sonra ən aşağı göstərici kimi tarixə düşüb.
DÇ-2026-ya Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay birbaşa vəsiqə qazanıb. Pley-off mərhələsində Boliviya iştirak edəcək. Venesuela, Peru və Çili isə mundialdan kənarda qalıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək.