
FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi ötən siyahı ilə müqayisədə daha 2 pillə geriləyib.
Hazırda 1148,23 xala malik milli 124-cü pillədə yer alıb.
Azərbaycan millisi bu ay 2026-cı il dünya çempionatının seçmə mərhələsində səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzsa da, evdə Ukrayna ilə heç-heçə edib - 1:1. D qrupundakı rəqiblərdən Fransa 1 pillə irəliləyərək, 1870,92 xalla 2-ci yerə qalxıb. Liderliyə yüksələn İspaniyanın 1875,37 xalı var. Əvəzində 1870,32 xala malik Argentina liderlikdən 3-cü pilləyə enib.
2 pillə geriləyən Ukrayna 1543,06 xalla 28-ci, mövqeyi dəyişməyən İslandiya 1343,09 xalla 74-cü yerdə qərarlaşıb.