
Fransa yığmasının baş məşqçisi Didye Deşam Azərbaycanla oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.
Sportnet.az xəbır verir ki,təcrübəli mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib:
“Meydana ‘100 faiz qələbə qazanacağıq’ düşüncəsi ilə çıxmaq olmaz. Bütün rəqiblərimizə hörmət edirik.
Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdi. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar.
Üstəlik, rəqibin heyətində UEFA Çempionlar Liqasında uğurlu start götürən “Qarabağ”ın 7 futbolçusu yer alıb. Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik.”
Qeyd edək ki, Fransa – Azərbaycan oyunu oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
(Report)