UEFA Konfrans Liqasında əsas mərhələnin IV tur matçları keçirilib.
Sportnet.az xəbər verir ki, Türkiyə təmsilçisi "Samsunspor" İslandiyada "Breydablik"in qonağı olub.
İlk 3 oyunundan qalib ayrılan "Samsunspor" bu dəfə məhsuldar heç-heçə ilə kifayətlənib - 2:2.
Ev sahiblərinin qollarını 4-cü dəqiqədə David İnqvarsson və 72-ci dəqiqədə Kristofer Kristinsson vurub. Qonaqlardan isə 20-ci və 55-ci dəqiqələrdə Marius Muandilmaci fərqlənib.
Bu nəticədən sonra "Samsunspor" xalını 10-a yükseldib və məğlubiyyətsiz liderliyini davam etdirib. Qələbəyə həsrət "Breydablik" isə xalını 2-yə yüksəldib.
Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" komandasını mübarizədən kənarlaşdırmış Sloveniya "Tsele"si 2-ci Çexiyada "Siqma"ya 1:2, Almaniya "Maynts"ı Rumıniyada "Universitatya"ya 0:1 hesabı ilə uduzub.
Konfrans Liqasının son finalçısı İtaliya "Fiorentina"sı isə öz meydanında Yunanıstan AEK-inə yenilib.
Hazırda turnir cədvəlinə hərəyə 10 xala malik "Samsunspor" və Fransa "Strasburq"u başçılıq edir.
UEFA Konfrans Liqası, IV tur
27 noyabr
21:45. "AZ Alkmaar" (Niderland) - "Şelburn" (İrlandiya) - 2:0
21:45. "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) - 3:1
21:45. "Zrinski" (Bosniya və Herseqovina) - "Heken" (İsveç) - 2:1
21:45. "Lex" (Polşa) - "Lozanna-Sport" (İsveçrə) - 2:0
21:45. "Omoniya" (Kipr) - "Dinamo Kiyev" (Ukrayna) - 2:0
21:45. "Rakuv" (Polşa) - "Rapid" (Avstriya) - 4:1
21:45. "Siqma" (Çexiya) - "Tsele" (Sloveniya) - 2:1
21:45. "Universitatya" (Rumıniya) - "Maynts" (Almaniya) - 1:0
21:45. "Slovan" (Slovakiya) - "Rayo Valyekano" (İspaniya) - 2:1
00:00. "Aberdin" (Şotlandiya) - "Noa" (Ermənistan) - 1:1
00:00. "Fiorentina" (İtaliya) - AEK (Yunanıstan) - 0:1
00:00. "Breydablik" (İslandiya) - "Samsunspor" (Türkiyə) - 2:2
00:00. "Drita" (Kosovo) - "Şkendiya" (Şimali Makedoniya) - 1:0
00:00. "Riyeka" (Xorvatiya) - AEK (Kipr) - 0:0
00:00. "Yagelloniya" (Polşa) - KuPS (Finlandiya) - 1:0
00:00. "Legiya" (Polşa) - "Sparta" (Çexiya) - 0:1
00:00. "Strasbur" (Fransa) - "Kristal Pelas" (İngiltərə) - 2:1
00:00. "Şemrok Rovers" (İrlandiya) - "Şaxtyor Donetsk" (Ukrayna) - 1:2










































































