Azərbaycan UEFA reytinqində 1 pillə geriləyib.
Sportnet.az xəbər verir ki, bu, avrokubokların əsas mərhələsində növbəti oyun həftəsindən sonra baş verib.
Çempionlar Liqasının V tur matçında "Qarabağ" İtaliyada "Napoli"yə 0:2 hesabı ilə uduzub.
Eyni zamanda Sloveniya təmsilçisi "Tsele" Konfrans Liqası matçında "Siqma"ya Çexiyada yenilib - 1:2.
Əvəzində Ukraynanın iki təmsilçisindən biri - Arda Turanın baş məşqçi olduğu "Şaxtyor" komandası İrlandiyada "Şemrok Rovers"ə 2:1 hesabı ilə qalib gəlib.
Bu isə Ukraynanın xalını 22,350-yə çatdıraraq, 2 pillə irəliləməsi, 22,250 xala malik Azərbaycan və 22,218 xalı olan Sloveniyanın hərəyə 1 pillə geriləməsi ilə nəticələnib. Hazırda Ukrayna 25-ci, Azərbaycan 26-cı, Sloveniya isə 27-cidir.










































































