Azərbaycan UEFA reytinqində daha 2 pillə geriləyib.
Sportnet.az-ın məlumatına görə, bu, Konfrans Liqasının əsas mərhələsində VI turun görüşlərindən sonra baş verib.
Son tur qarşılaşmalarının ardından Ukrayna 24,412 xalla 24-cü, Sloveniya 22,843 xalla 26-cı, Slovakiya 22,375 xalla 27-ci pilləyə yüksəlib. Əvəzində Serbiya 23,875 xalla 25-ci pilləyə enib.
Sloveniyanı təmsil edən "Tsele" pley-off mərhələsinə yüksəlibsə, Slovakiyanın yeganə təmsilçisi "Slovan Bratislava" "24-lüy"ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb. Serbiya "Srvena Zvezda"sı isə Avropa Liqasının əsas mərhələsində çıxışını davam etdirir.
22,250 xala malik Azərbaycan isə 2025-ci ili 28-ci pillədə başa vurub. İtirilmiş mövqeləri geri qaytarmaq üçün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarında ən azı uduzmamalıdır.













































































