İtaliyanın "Fiorentina" komandası çətin mövsümdə balansı və inamı bərpa etmək məqsədilə kapitanlıq sarğısını David De Xeaya ötürüb.
Sportnet.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, dəyişikliklər, "Udineze"yə qarşı keçiriləcək bazar günü matçından (5:1) əvvəl təsdiqlənib.
De Xea daha əvvəl komandanın kapitanı təyin edilən Luka Ranyerini əvəzləyib. Bu qərar baş məşqçi Paolo Vanoli tərəfindən klubla razılaşdırılaraq qəbul olunub və "viola"nın Konfrans Liqasında "Lozanna-Sport"a 0:1 hesablı məğlubiyyətindən sonra komandanın diqqətinə çatdırılıb.
Bu addım Ranyerini cəzalandırmaq üçün deyil, paltardəyişmə otağındakı ab-havanı yeniləmək və akademiyanın yetirməsi üzərindən təzyiqi götürmək üçün atılıb.
Ranyeri birbaşa məlumatlandırılıb və məlum olub ki, qərarı etirazsız qəbul edib.
Qeyd edək ki, hazırda "Fiorentina" İtaliya A Seriyasında 20-ci yerdə qərarlaşıb.






































































