İngiltərə "Aston Villa"sı Braziliya "Qremio"sundan futbolçu transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, 19 yaşlı braziliyalı hücumçu Alissondur.
Perspektivli vinger Portu Aleqre təmsilçisinin akademiyasında yetişib və 2024-cü ilin iyulunda əsas komandada debüt edib. Alisson ötən mövsüm "Qremio"nun əsas heyət üzvünə çevrilərək liqada 34 oyunda meydançaya çıxıb.
Qeyd edək ki, 2025-ci ilin yayında Rusiyanın "Dinamo Moskva" klubu da Alissonla maraqlanıb. Paytaxt təmsilçisi futbolçunun transferi üçün 15 milyon avro ödəməyə hazır idi. Transfermarkt portalı isə oyunçunun bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.











































































