Futzal üzrə Azərbaycan millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komanda yanvarın 22-də və 24-də Danimarka yığması ilə qarşılaşacaq.
Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək.
Oyunların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.












































































