Fransa Super Kuboku uğrunda görüşdə PSJ və “Marsel” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Küveytdəki "Caber əl Əhməd" stadionunda təşkil olunmuş oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Penaltilər seriyasında rəqibinə 4:1 hesabı ilə qalib gələn PSJ kubokun sahibi olub.
Matça yaxşı başlayan Paris təmsilçisi 13-cü dəqiqədə Usman Dembeleinin qolu ilə hesabı açıb. Qarşılaşmanın son bölümündə təşəbbüsü ələ alan “Marsel” 76-cı dəqiqədə Meyson Qrinvudun penaltidən vurduğu qol və Villian Paçonun avtoqolu sayəsində hesabda önə keçib – 2:1.
Məğlubiyyətdən xilas olan PSJ 90+5-ci dəqiqədə Qonsalo Ramosun qolu ilə tarazlığı bərpa edib və oyunu penaltilər seriyasına daşıyıb. Penaltilərdə Paris klubu daha dəqiq olub. Komandanın qapıçısı Lüka Şevalye isə ardıcıl 2 zərbəni dəf edib.
Beləliklə, PSJ ardıcıl 4-cü, ümumilikdə 14-cü dəfə Fransa Super Kubokunu qazanıb.















































































