“Real Madrid” və “Barselona” İspaniya Super Kubokunun finalında ardıcıl 4-cü dəfə qarşılaşacaq.
Sportnet.az xəbər verir ki, yarımfinalda "kral klubu" “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.
"Barselona" isə "Atletik"i darmadağın edib - 5:0.
Beləliklə, yanvarın 11-də keçiriləcək həlledici oyunda El Klasiko olacaq.
“Real Madrid” – “Barselona” qarşılaşması İspaniya Superkubokunun finalında ardıcıl 4-cü dəfə baş tutacaq. Əvvəlki üç final matçında kataloniyalılar iki qələbə qazanıb, madridlilər isə bir dəfə sevinib. Həmin məğlubiyyət 2022/2023 mövsümündə qeydə alınıb – 1:4.
Hazırkı Super Kubokun sahibi “Barselona”dır. Kataloniya təmsilçisi 2025-ci ilin finalında "Real Madrid"i 5:2 hesabı ilə məğlub edərək kuboku qazanmışdı.
















































































