UEFA Çempionlar Liqasının əsas mərhələsində VII turun son 9 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" evdə İspaniya "Atletiko"su ilə 1:1 hesablı heç-heçə edərək, xalını 10-a çatdırıb. Öz meydançasında Almaniya "Ayntraxt"ını 3:2 hesabı ilə yenən "Qarabağ" da eyni xala çatıb. Hazırda bu komandalar 17-18-ci yerləri bölüşdürürlər.
"Qarabağ"ın son turda İngiltərədə üz-üzə gələcəyi "Liverpul" bu turda Fransada "Marsel"i darmadağın edib - 3:0. Bununla da "qırmızılar" 15 xalla 4-cü pilləyə yüksələrək, birbaşa 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edib.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VII tur
21 yanvar
21:45. "Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Almaniya) - 3:2
Qollar: Kamilo Duran, 4; 80. Bəhlul Mustafazadə, 90+4 - Can Uzun, 10; Fares Şaibi, 78 (pen.)
21:45. "Qalatasaray" (Türkiyə) - "Atletiko" (İspaniya) - 1:1
Qollar: Markos Lyorente, 20 (öz qapısına) - Culiano Simeone, 4
00:00. "Marsel" (Fransa) - "Liverpul" (İngiltərə) - 0:3
Qollar: Dominik Soboslai, 45+1. Xeronimo Rulyi, 72 (öz qapısına). Qodi Qakpo, 90+3
00:00. "Slaviya Praqa" (Çexiya) - "Barselona" (İspaniya) - 2:4
Qollar: Vasil Kuşey, 10. Robert Levandovski, 44 (öz qapısına) - Fermin Lopes, 34; 42. Dani Olmo, 63. Robert Levandovski, 71
00:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya) - 2:0
Qollar: Kefren Türam, 55. Ueston Makkenni, 64
İstifadə olunmamış penalti: Vangelis Pavlidis, 81 ("Benfika")
00:00. "Bavariya" (Almaniya) - "Yunion" (Belçika) - 2:0
Qollar: Harri Keyn, 52; 55
Qırmızı vərəqə: Kim Min Ce, 63
İstifadə olunmamış penalti: Harri Keyn, 81 ("Bavariya")
00:00. "Nyukasl" (İngiltərə) - PSV (Niderland) - 3:0
Qollar: Yoan Vissa, 8. Entoni Qordon, 30. Harvi Barns, 65
00:00. "Atalanta" (İtaliya) - "Atletik" (İspaniya) - 2:3
Qollar: Canluka Skamakka, 16. Nikola Krstoviç, 88 - Qorka Quruzeta, 58. Niko Serrano, 70. Robert Navarro, 74
00:00. "Çelsi" (İngiltərə) - "Pafos" (Kipr) - 1:0
Qol: Moyses Kaysedo, 78.
















































































