Azərbaycanın FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Ağayev UEFA Avropa Liqasının əsas mərhələsində VII turun “Yanq Boyz” (İsveçrə) - “Lion” (Fransa) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, yeni FIFA referisi Tural Qurbanov dördüncü hakim qismində yardımçı olacaq.
İspaniyalı Gilyermo Kuadra Fernandes VAR hakimi, daha bir azərbaycanlı ədalət təmsilçisi Nicat İsmayıllı onun köməkçisi olacaq.
Hakimlərin işinə ingiltərəli hakim-inspektor Martin Atkinson qiymət verəcək. Estoniyalı Sergey Xoxlov-Simson isə UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, yanvarın 22-də İsveçrənin paytaxtı Berndəki "Vankdorf" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.











































































