UEFA Avropa Liqasının əsas mərhələsində VII turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Fənərbağça" İngiltərənin "Aston Villa" komandasını qəbul edib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Ceydon Sanço vurub. Bununla da "Aston Villa" xalını 18-ə çatdırıb və turu "Yanq Boyz" üzərində İsveçrədə eyni hesablı qalibiyyətlə başa vurmuş Fransa "Lion"u ilə ilk 2 yeri bölüşdürür.
"Fənərbağça" isə 11 xalla 17-ci pilləyə enib.
UEFA Avropa Liqası
Əsas mərhələ, VII tur
22 yanvar
21:45. "Fənərbağça" (Türkiyə) - "Aston Villa" (İngiltərə) - 0:1
21:45. PAOK (Yunanıstan) - "Betis" (İspaniya) - 2:0
21:45. "Feyenoord" (Niderland) - "Şturm" (Avstriya) - 3:0
21:45. "Viktoriya Plzen" (Çexiya) - "Portu" (Portuqaliya) - 1:1
21:45. "Yanq Boyz" (İsveçrə) - "Lion" (Fransa) - 0:1
21:45. "Frayburq" (Almaniya) - "Makkabi Təl-Əviv" (İsrail) - 1:0
21:45. "Bolonya" (İtaliya) - "Seltik" (Şotlandiya) - 2:2
21:45. "Malmö" (İsveç) - "Srvena Zvezda" (Serbiya) - 0:1
21:45. "Brann" (Norveç) - "Midtüllan" (Danimarka) - 2:3
00:00. "Roma" (İtaliya) - "Ştutqart" (Almaniya) - 2:0
00:00. "Reyncers" (Şotlandiya) - "Lüdoqorets" (Bolqarıstan) - 1:0
00:00. "Dinamo Zaqreb" (Xorvatiya) - FKSB (Rumıniya) - 4:1
00:00. "Zaltsburq" (Avstriya) - "Bazel" (İsveçrə) - 3:1
00:00. "Braqa" (Portuqaliya) - "Nottingem Forest" (İngiltərə) - 1:0
00:00. "Ferentsvaroş" (Macarıstan) - "Panatinaikos" (Yunanıstan) - 1:1
00:00. "Nitsa" (Fransa) - "Qou Ehid İqlz" (Niderland) - 3:1
00:00. "Selta" (İspaniya) - "Lill" (Fransa) - 2:1
00:00. "Utrext" (Niderland) - "Genk" (Belçika) - 0:0 (İKİNCİ HİSSƏ)












































































